İspaniya Kubokunun 1/4 final mərhələsində “Real Madrid” “Real Sosyedad”la üz-üzə gəlib.

Unikal.org xəbər verir ki, qarşılaşma Madriddə, “Santyaqo Bernabeu” stadionunda keçirilib və meydan sahiblərinin məğlubiyyətilə başa çatıb.

“Real Sosyedad”dan Martin Edeqor, Aleksandr İsak (Dubl) və Mikel Merino fərqlənib.

“Real Madrid” klubunda isə 18 yaşlı hücumçu Rodriqo, müdafiəçi Marselo və Naço rəqib qapıya yol tapa bilib.

Bununla da “Real Sosyedad” İspaniya Kubokunun 1/2 final mərhələsinə adlayıb.