Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması sabah başa çatır.

Unikal.org xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Belə ki, seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək. Həmin vaxtdan sonra təşviqat aparmaq qadağandır.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.