İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində “Real” “Real Sosyedad”a 3:4, “Barselona” isə “Atletik”ə 0:1 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, “kral klubu” və “Barselona” 65 ildən sonra ilk dəfə eyni gündə kubokda mübarizəni dayandırıb. 1955-ci ilin 29 mayında İspaniya kubokunun yarımfinal mərhələsində “Real” “Sevilya”ya, “Barselona” isə “Atletik”ə məğlub olaraq, mübarizəni dayandırmışdı.