Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Unikal.org xəbər verir ki, turun açılış oyununda "Sabah" və "Qəbələ" klubları üz-üzə gəliblər. "Bank Respublika Arena”da keçirilən matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.