Neftçala rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yanğın binanın beşinci mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.

Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.