Bakıda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Babək prospektində hərəkətdə olan minik avtomobili arxadan digər avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Qəza ilə əlaqədar prospektdə tıxac yaranıb.