Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev namizəd olduğu dairədə səs verib.

Unikal.org xəbər verir ki, o, 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.