Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov üzərində kağız bükülən kameraların görüntüsünü paylaşanlara təşəkkür edib.

Unikal.org xəbər verir ki, MSK sədr müavini Rövzət Qasımov deyib ki, bütün məntqələrdə vebkameralar tam olaraq fəaliyyət göstərir: "Veb-kameraların hamısı fəaliyyət göstərir, heç bir veb-kameranın üstü örtülməyib. Sadəcə bir sıra seçki məntəqələrində təhlükəsizlik kameraları var ki, seçicilərə təsir etməmək məqsədilə həmin təhlükəsizlik kameralarının üstü örtülüb və bu belə olmalıdır. Seçki məntəqələrində yalnız seçkilərlə əlaqədar quraşdırılmış veb-kameralar fəaliyyət göstərməlidir. Biz bunu paylaşanlara təşəkkür edirik ki, məsələyə aydınlıq gətirdik".