Abşeron rayonunda sürücü idarəetməni itirərək qəza törədib.

Unikal.org "Report"-a istinadən xəbər verir ki, hadisə Məhəmmədi kəndində qeydə alınıb.

Belə ki, 17 yaşlı Sahib Malik oğlu Pənahov və 29 yaşlı Mirsaleh Mirhadi oğlu Əsgərov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. S.Pənahova qarnın küt travması, Mirsaleh Əsgərova isə alın nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.