Bakıda avtomobil yanaraq külə dönüb. 

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev facebook səhifəsində bildirib. BNA rəsmisi qeyd edib ki, bir qədər əvvəl Yusif Səfərov küçəsində (şəhər istiqamətində Leyla Şıxlinskaya adına klinikanın qarşısında) avtomobil yanıb.  Bu səbəbdən həmin yerədək hər iki istiqamətdə nisbətən sıxlıq müşahidə olunur.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində avtomobildə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.