Türkiyə Xarici İşlər Nazirliyi 9 fevral Milli Məclisə keçirilən növbədənkənar sekilərlə əlaqədar prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Unikal.org xəbər verir ki, Türkiyə XİN-nin açıqlamasında deyilir:

"Bu gün keçirilən Milli Məclis seçkilərinin qardaş Azərbaycana xeyirli olmasını diləyirik. Seçkilərin bütün ölkə səviyyəsində ictimai asayiş pozulmadan keçirilməsindən məmnunluq duyuruq.

Hesab edirik ki, Azərbaycan hakimiyyətinin seçkilərin demokratik prinsiplər və şəffaflıq standartları çərçivəsində keçirməsi və seçki prosesində Azərbaycan xalqının yetkin olmasını təmin etmək səyləri təqdirəlayiqdir.

Bu qələbə səbəbindən Prezident İlham Əliyevi və lideri olduğu Yeni Azərbaycan Partiyasını təbrik edirik".