Azərbaycanda keçirilən parlament seçkilərində yekun - saat 19:00-dək olan seçici fəallığı açıqlanıb.

Unikal.org-un xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 2 547982 nəfər səs verib, seçici fəallığı 47.81 faiz olub.