Milli Məclisə növbədənkənar seçkilər üzrə 119 dairədə keçirilən səsvermənin nəticələrinə dair protokollar məlum olub.

Unikal.org xəbər verir ki, protokollar Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” İnformasiya Mərkəzinin saytında (https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=2) yerləşdirilib.

6 dairə - 35 saylı Xətai üçüncü seçki dairəsi, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 77 saylı Astara seçki dairəsi, 123 saylı Kəlbəcər seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə protokollar hələ sayta yerləşdirilməyib.