Bakıda öğurluq etdiyinə görə tutulmuş İ.Salayevin evlərin birindən 2100 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlaması da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, İ.Salayevin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Onun Qazax rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağayevlə birgə rayon ərazisindəki evlərin birindən 2100 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlaması da müəyyən edilib.