Dünya futbolunun canlı əfsanəsi Pelenin vəziyyəti yenidən pisləşib.

Unikal.org xəbər verir ki,  "kral" ləqəbli futbolçu artıq addım atmaqda çətinlik çəkir.

Bunu Braziliya millisinin sabiq üzvünün oğlu Edinyo deyib. O bildirib ki, atası bütün gününü evdə keçirir: "Atam çox utancaqdır. Təsəvvür edin: o, kraldır və həmişə belə təsiredici bir sima olub, insanların yaddaşında bu cür qalmaq istəyir. Təəssüf ki, bu gün  normal gəzə bilmir. Çox utanır, belə vəziyyətdə də evdən çıxmaq istəmir".

Qeyd edək ki, 80 yaşlı Pele üçqat (1958, 1962, 1970) dünya çempionudur.