Türkiyəli məşhur müğənni Sərdar Ortaç İstanbul gecələrində yeni sevgilisi ilə görüntülənib. 

Unikal.org xəbər verir ki, yeni sevgilisi ilə birlikdə avtomobildə görüntülənən S.Ortaç jurnalistlərin “Yeni münasibətiniz xeyirli olsun” sözlərinə pop ulduz yarızarafat şəkildə “Maşını deyirsiz? Hə, yenidir. Sağ olun” deyə cavab verib.

Qeyd edək ki, müğənni bundan öncə Xloe Luqnan adlı irlandiyalı modellə evli olub. Onların sevgi münasibəti 8 il çəkib. Cütlük 6 ay öncə boşanıb.