Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Unikal.org-un xəbərinə görə, səfər fevralın 24-25-nə nəzərdə tutulur.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.