Məşhur model Laurin Qodman övladını aprel ayında dünyaya gətirəcəyini bildirib.

Unikal.org "The Sun" qəzetinə istinadən xəbər verir ki, hamilə model dünyaya gələcək övladının atasının "Mançester Siti"də çıxış edən Kayl Volker olduğunu açıqlayıb. O, məşhur futbolçu ilə ötən il qısa müddət sevgili olduqlarını və həmin zaman hamilə qaldığını deyib.

İngilis futbolçunun daha öncə birlikdə olduğu Annie Kilnerdən isə 3 övladı dünyaya gəlib.