Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Unikal.org xəbər verir ki, bu gün bir görüş keçirilib.

"Fənərbaxça" aşağı liqa təmsilçisi "Kırklarelispor"u qəbul edib. Cütün taleyini ilk matçda həll edən "sarı-lacivərdlilər" cavab oyununda da qələbə qazanaraq, yarımfinala yüksəliblər.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları fevralın 12-də və 13-də keçiriləcək. Yarımfinal mərhələsinin qarşılaşmaları isə martın 3-5-də və aprelin 21-23-də olacaq.