ABŞ Suriyanın şimalında Bəşşar Əsədə sadiq qüvvələrin mövqelərini bombalayıb. 

Unikal.org-un məlumatına görə, əməliyyatları ABŞ-ın Hərbi Hava Qüvvələri gerçəkləşdirir. 

Məlumata görə, Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərində rejim qüvvələri və ABŞ patrul xidməti arasında qarşıdurma baş verib. 

ABŞ döyüş təyyarələri qarşıdurmadan sonra Hasekedəki rejimə məxsus 2 hərbi nöqtəni vurub. Nəticədə Əsədə sadiq qüvvələrin 1 hərbçisi ölübü digəri isə yaralanıb. 

15:44:00

***

15:54:00

SANA agentliyinin məlumatına görə, Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərinin şərqində Amerika məxsus 4 zirehli avtomobil Xırbet-Ammo və Hammu kəndlərinin sakinləri tərəfindən saxlanılıb. Əl-Sueys-Əl-Alay-Xirbet-Ammo yolu ilə hərəkət edən dörd Amerikan zirehli maşın Əsədə yaxınlığı ilə tanınan kənd sakinləri tərəfindən daş-qalaq edilib. ABŞ döyüş təyyarələri qarşıdurmadan sonra Suriya ordusunun keçid məntəqəsinə toplaşan Xırbet-Ammo və Hammu kəndlərinin sakinlərini bombalayıb. Nəticədə Xırbet-Ammo kənd sakini ölüb, Hamu kənd sakini isə zərər görüb.