ABŞ-da dəhşətli qəza baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ohayo ştatında məktəbliləri daşıyan servis avtobusu qəzaya uğrayıb. Hadisə ötən ilin dekabr ayında baş versə də, məhkəmə kamera görüntülərini yenicə yayımlayıb.

Avtobus minik avtomobili ilə toqquşduqdan sonra aşıb. Məktəblilər təhlükəsizlik kəmərlərindən istifadə etmədikləri üçün avtobusun içərisində yuvarlanıblar.

Nəticədə 8 məktəbli xəsarət alıb.