Gürcüstanda övladını 13 min dollara (22 min manat) satmaq istəyən ana və onunla əlbir olan digər  6 nəfər polis tərəfindən saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb. Saxlanılanların uşağı sataraq əldə edəcəkləri pulu aralarında bölüşdürməyi planlaşdırdıqları məlum olub. Saxlanılan şəxslər arasında iki həkim və daha öncə oxşar səbəblərdən nəzarətə götürülən bir nəfər olduğu bildirilib.

Onların ən azı 14 il həbs cəzasına məhkum ediləcəkləri qeyd olunub.