Bursa şəhərində qışqırıq səsləri eşidən qonşuların polisə xəbər verməsi ilə 9 yaşlı Muhammet Hüseyin evində ölü tapılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, uşağın bədənində yanıq və kəsik izləri aşkarlanıb. Ortaya atılan əsas iddia isa azyaşlı uşağın 11 yaşlı bacısı tərəfindən öldürülməsidir.

Ədliyyənin qərarı ilə ölən uşağın valideynləri saxlanılıb. Faktla bağlı araşdırma aparılır.