Moskvada otellərin birində müştəri xadiməni liftdən çıxarıb.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, xadimə liftdə təmizlik edərkən müştəri liftə minib və onun qolundan tutaraq liftdən çölə atıb. Xadimə qadının başı divara dəyib və o, yerə yıxılıb.

Həmin görüntülər oteldəki təhlükəsizlik kamerası ilə lentə alınıb. Xadimənin vəziyyətinin yaxşı olduğu bildirilib. Ona qarşı sərt davranan otel müştərisi isə polis tərəfindən saxlanılıb.