Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Yeni Ramana qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Quliyev Azər Azad oğlu, 1994-cü il təvəllüdlü Quluzadə Sənan Bakir oğlu və 1986-cı il təvəllüdlü Tağıyev Yusif İsa oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. S.Quluzadəyə sağ diz oynağının əziyi, Y.Tağıyevə döş qəfəsinin və sağ diz oynağının əziyi, A.Quliyevə isə kəllə-beyin travması diaqnozları qoyulub.