Evli kişidən uşaq dünyaya gətirən Səlihətin yaşadıqları ictimaiyyətdə böyük müzakirələrə səbəb olub.

Unikal.org xəbər verir ki, əlində bir uşaqla ortalıqda qalan tənha ananın tək istəyi uşağına atalığın verilməsidir. 

Lənkəranın Kərgəlan kəndindən olan İsmayılov Elşən Novruz oğlu "Səni axtarıram" proqramına gəlsə də, üzünün efirdə görünməsini istəməyib. O, Səlihətin söylədiyi kimi eyni evdə yaşamadıqlarını deyib və onunla 3 dəfə bərabər olduğunu deyib. Elşən üç uşaq atası olduğunu, həyat yoldaşını sevdiyini və Səlihətin adını belə bilmədiyini deyib. 

Onun bu söylədikləri Səlihəti özündən çıxarıb və pərdə arxasına keçərək söhbəti üz-üzə davam etdirib. Gənc qadın onun söylədiyi heç bir sözü qəbul etməyib və DNT analizi tələb edib. Elşən də uşağın atalığının müəyyən edilməsi üçün nəzərdə tutulan analizin keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Balakən rayon Kortala kəndindən Bakıya oxumağa gələn Səlihət 2017-ci ildə Lənkəranın Kərgəlan kəndindən olan İsmayılov Elşən Novruz oğlu ilə tanış olub. Elşən tələbə qıza subay olduğunu bildirərək onunla münasibət qurub. 1 il Bakıda kirayə tutduqları evdə bərabər yaşayıblar. Evli kişi tələbə qızın hamilə olduğunu öyrəndikdən sonra aradan çıxıb. 2018-ci ildə Səlihət Elşəndən uşaq dünyaya gətirib. Hazırda Elşənin 35, bir uşaqla ortalıqda qalan qadının 22 yaşı var. Atası axtarılan uşağın isə 2 yaşı var.