Ağstafa rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org-un məlumatına görə, rayonun Poylu kənd sakini, 1957-ci il təvəllüdlü Alim Həsənov iş zamanı evin damından yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.