Antalyada Dursun Elma adlı şəxs zibillikdən topladığı parçalarla özünə motosiklet düzəldib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yol polisi tərəfindən həyata keçirilən reyd zamanı saxlanılan motosikletə 4000 TL (1125 manat) cəza yazılıb və nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. 

Həyat yoldaşı ilə birlikdə işləyərək 10 nəfərlik ailələrinə baxdığını bildirən Dursun Elma "Heç kimin heç bir əşyasını oğurlamırıq. Zibillikdən topladıqlarımızı satıb, keçinməyə çalışırıq. Evimizin suyu 10 gündür kəsilib. İndi biz nə edəcəyik?" deyərək fəryad edib.