Bakıda ticarət mərkəzindən oğurluq edən şəxslər saxlanılıb.

Unikal.org-un  xəbərinə görə, hadisə fevralın 13-də, saat 14:00 radələrində Binə Ticarət Mərkəzində yerləşən mağazalarının birində qeydə alınıb.

Belə ki, paytaxt sakini T.Məmmədova məxsus mağazadan 1500 manat dəyərində 15 ədəd çanta oğurlanıb.

Daha sonra T.Məmmədov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cü Polis Bölməsi (PB), Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Dilavər Səmədov və 1976-cı il təvəllüdlü Akif Süleymanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.