Tanınmış aparıcı çalışdığı televiziyanın həyətində qəza törədib.

Unikal.org-un əldə etdiyi məlumata görə, aparıcı Zümrüd Bədəlova idarə etdiyi "Nissan Juke" markalı avtomobili ilə Xəzər televiziyasının həyətinə  daxil olarkən kanalın müxbiri Elmar Həbibliyə məxsus Mercedes markalı maşınla toqquşub. Xoşbəxtlikdən qəzada xəsarət alan olmayıb. Hər iki avtomobilə ziyan dəyib.

Famil Fərhadoğlu