İstanbulda ötən ilin iyul ayında törədilmiş cinayətin üstü açılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, işlədiyi oteldə döyülən İbrahim Halil Kiraz xəstəxanaya aparılıb və 5 ay sonra dünyasını dəyişib. Onu döyənlərin öz iş yoldaşları olduğu məlum olub. Belə ki, 21 yaşlı gənc oğlanı çox işlədiyi üçün döyüblər.

Şübhəli şəxslər İbrahim Halil Kiraza "Sən çox işləyərək pis nümunə olursan. Müdir bizim də sənin qədər işləməyimizi tələb edir. Biraz az işlə" deyərək ilk öncə xəbərdarlıq ediblər, daha sonra isə bu əməli törədiblər. 

Gənc oğlanı döyərək ölümünə səbəb olan 5 nəfər polis tərəfindən saxlanılıb.