"Arka sokaklar" serialında rol alan gənc aktrisa Yüsra Geyikə tıxac zamanı hücum edilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İstanbulda yaşanıb. Bir motosiklet sürücüsü gənc aktrisa ilə yol vermək üstündə mübahisə edib və onun avtomobilinə hücum edib. Başına taxdığı qoruyucu vasitə ilə Yüsra Geyikin avtomobilinin şüşəsinə və sol güzgüsünə vurub.

Gənc aktrisa yaşananları lentə alıb və polis şikayət edib. Motosiklet sürücüsünün 7 illik həbs cəzasına məhkum edilməsi tələb olunub.