Bəzi namizədlər seçilməmələri ilə bağlı öz emosiyalarını, fikirlərini cəmiyyəti çaşdıracaq formada ifadə edirlər.

Unikal.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bəzi namizədlər iddia edirlər ki, MSK onların müracətinə baxmayıb: “Ancaq bu yalnışdır, MSK daxil olan bütün müraciətlərə baxır, hətta MSK baxmalı olmadığı müraciətlərə də daxil olduğu halda baxıb qərar verir”.