"Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti göz qabağındadır, tam qanunidir və bizim heç kimdən çəkinəcəyimiz yoxdur."

Unikal.org xəbər verir ki, bunu MSK sədri Məzahor Pənahov bu gün keçirilən iclasda deyib. O bildirib ki, əgər qanun pozuntusu olsaydı, beyəlxalq təşkilatlar dünyaya çar çəkərdilər: "ATƏT-in hesabatında görürsüz ki, bizim haqqımızda kifayət qədər fəaliyyət göstədiyimiz qeyd olunub. Biz həm də beynəlxalq qurumların nəzarəti altında fəaliyyət göstəririk. MSK-nın fəaliyyətində hər hansı pozuntu olsaydı, indi dünyaya car çəkmişdilər. Çöldə qalan namizədləri biz orda qalmağa məcbur etmirik. Onları dəfələrlə dəvət etsək də, görüşə gəlmədilər. Ola bilsin, təxribat törətmək məqsədi ilə bu addımı atırlar. Onlara hazırda polis toxunmur, amma bizim şöbə müdirini çöldə saxlayıb iclasa buraxmırsa, biz məcbur polisə müraciət etməli olacağıq və polis lazımı tədbir görəcək”.

M.Pənahovun sözlərinə görə, ola bilsin ki, kimlərsə bu və ya digər məqsədlərlə təxribat karakterli addımlar atsın: “Biz bunu nəzərə almalıyıq və diqqətli olmalıyıq”.