Azərbaycan Respublikasının xalq rəssamı, heykəltəraşlıq sənətində avangardlıq üslubun təsisçisi Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.

Unikal.org xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilsin".