Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.

Unikal.org xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında lider “Qarabağ” “Zirə” ilə qarşılaşıb. Oyun “köhlən atlar”ın böyük hesablı qələbəsi ilə başa çatıb – 6:0. Bu oyunun nəticəsi həm də, Azərbaycan Premyer Liqasında “Qarabağ”la digər komandalar arasındakı səviyyə fərqinin göstəricisi sayıla bilər.

Günün son matçında isə “Sumqayıt” “Sabah”ı qəbul edib. Bu oyunda isə qonaqlar qələbəyə seviniblər.

Tura sabah keçiriləcək “Səbail” – “Qəbələ” və “Neftçi” – “Keşlə” matçıyla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 17-ci tur

15 fevral

Zirə – Qarabağ 0:6
Qol: Bədavi Hüseynov, 4. Xayme Romero, 11. Mahir Emreli, 14. Ailton Silva, 28. Abdullah Zubir, 61. Maqaye Qeye, 85.

Sumqayıt – Sabah 1:2
Qol: Əmir Ağayev, 90+1 – Şakir Seyidov, 59. Ozan Can Kökcü, 62.

16 fevral

Səbail – Qəbələ

Neftçi – Keşlə