ABŞ-ın Bağdaddaki səfirliyinə hücum edilib.

Unikal.org "Sky News"-a istinadən xəbər verir ki, İraqın paytaxtında yerləşən səfirliyin ərazisinə 4 raket atılıb. Bombalı hücum zamanı səfirlikdə həyəcan siqnalı işə düşüb.

Dağıntı və təlafat barəsində hələ ki, məlumat yoxdur. İnsanlar sığınacaqlara yerləşdirilib.