İraqın şimalındakı Hakurkda 8 PKK terrorçusu zərərsizləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, terrorçular arasında PKK-nın hücum və təxribat bölməsinin zabiti də var.

Nazirlik terrorçuların Hakurkdakı baza bölgələrinə hücuma hazırlaşdığını qeyd edib.