Azərbaycan karateçisi Dubayda Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanıb.

Unikal.org xəbər verir ki, karateçimiz İrina Zaretska (68 kq) üçüncü yer uğrunda Alize Ajye (Fransa) ilə qarşılaşmanı qalib başa vuraraq bürünc medal əldə edib.

Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.