Bu gün Türkiyənin TV8 telekanalaında yayımlanan məşhur “Survivor” yarışmasına start veriləcək.

Unikal.org xəbər verir ki, ünlü teleaparıcı Acun Ilıcalının rəhbəri olduğu yarışma həmişəki kimi Dominikan Respublikasında təşkil olunub. Yarışma “Məşhurlar” və “Könüllülər” komandaları arasında keçirilir.

İlk dəfə olaraq “Survivor” yarışmasına bir azərbaycanlı da qatılıb. Kikboks üzrə dünya çempionu, "Qəbələ" İdman Klubun üzvü Pərviz Abdullayev (“Kobra Pərviz”) “Survivor” yarışmasında “Məşhurlar” komandasının tərkibində çıxış edəcək.

Qeyd edək ki, “Survivor” yarışması bu gün saat 21.00-da TV8 telekanalaında yayımlanmağa başlayacaq.