Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Unikal.org xəbər verir ki, "ASCO Arena"da "Səbail" və "Qəbələ" komandaları üz-üzə gəlib. Gənc baş hakim Kamal Umudlunun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 16-cı dəqiqədə "Qəbələ"nin yeni transferi Nikolas Raysel açıb. "Səbail" isə hər 3 qoluna fasilədən sonra imza atıb. 56-cı dəqiqədə Mirsahib Abbasov hesabı bərabərləşdirib. 70-ci dəqiqədə Rauf Əliyev yeni komandasında ilk qolunu vurub.
Bundan 5 dəqiqə sonra "qırmızı-qaralar"ın legioneri Fernan Lopes ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.
Say üstünlüyü qazanan "dənizçilər" 82-ci dəqiqədə yekun nəticəni müəyyənləşdiriblər. Daha bir yeni transfer Hendrik Ekşteyn ötən tur olduğu kimi, yenə penaltini dəqiq yerinə yetirib.
Bu qələbə sayəsində xallarını 18-ə çatdıran "Səbail" yenə 7-ci pillədə qalsa da, son pillədəki "Qəbələ"dən 5 xal aralanıb.
Qeyd edək ki, turun ilk 2 oyununda "Qarabağ" səfərdə "Zirə"ni 6:0, "Sabah" isə "Sumqayıt"ı 2:1 hesabı ilə yenib. Tura saat 19:00-da başlanacaq "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulacaq.
"Səbail" "Qəbələ"ni məğlub etdi
18:25 16-02-2020
İDMAN
Digər Xəbərlər
2024-03-28 00:55:51
2024-03-27 23:50:52
2024-03-27 20:43:00
2024-03-27 19:13:01
2024-03-27 18:43:41
2024-03-27 17:32:42
2024-03-27 16:04:06
2024-03-27 14:00:27
2024-03-27 13:33:46
2024-03-27 09:03:57
2024-03-27 00:09:02
2024-03-26 21:41:03
2024-03-26 11:28:01
2024-03-25 22:50:48
2024-03-25 21:52:02
2024-03-25 18:32:42
2024-03-25 17:58:43
2024-03-25 14:08:47
2024-03-25 09:55:55
2024-03-24 18:29:00