Kamerunun cənub hissəsində silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kənd sakinini qətlə yetiriblər.

Unikal.org-un məlumatına görə, bu barədə “Agency France Presse”in xəbərində deyilir.

Silahlı hücum 14 fevralda baş verib. Ümumilikdə 22 nəfər qətlə yetirilib, onlardan 14-ü azyaşlıdır. Naməlum şəxslər yaşı beşdən aşağı olan doqquz uşağı, hamilə xanımı və yanlarında uşaqları olan iki qadını öldürüblər.

Kamerun müxalifəti "qırğının" ordu tərəfindən təşkil olunduğunu güman edir.