Bakının Xətai rayonunda zəncirvari qəza baş verib. 

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Həzi Aslanov metrosu yaxınlığında baş verən qəzada 8 nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində yük maşını aşıb. 

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alanlar var.

Qəza baş verən ərazidən görüntüləri təqdim edirik: