Türkiyəli tanınmış komediya ustası Cem Yılmazla eşq yaşayan məşhur aktrisa Serenay Sarıkaya yenidən gündəmə gəlib. 

Unikal.org Türkiyə KİV-nə istinadən məlumat verir ki, aralarındakı münasibəti daha da ciddiləşdirən cütlük barədə yayılan evlilik xəbəri pərəstişkarlarını heyrətləndirib.

Qeyd edək ki, hələlik cütlük bu barədə mətbuata heç bir açıqlama verməyib.