Çin vətəndaşlarının Rusiyaya buraxılması qadağan olunub.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Mixail Mişustin sərəncam verib.

Giriş fevralın 20-dən tam bağlanır. Bu tarixdən başlayaraq Rusiya ərazisinə Çin vətəndaşlarının turistik, şəxsi yaxud iş məqsədi ilə səfərləri qadağan olunur.

Qadağalar 2019-cu ilin dekabrından başlayaraq Çində tuğyan edən koronavirusun yayılmasının qarşısını almaq üçün atılıb.