64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri vəfat edib.

Unikal.org xəbər verir ki, uzun müddət ağır xəstəliklərdən əziyyət çəkən, 64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür Ələkbər oğlu İmanov yaşadığı Sabirabad rayonu Nərimankənd kəndində dünyasını dəyişib.

15:08

xxx

64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür İmanov komaya düşüb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Ş.İmanov bir neçə ildir ki, ağır xəstəlikdən əziyyət çəkir. Onun ürəyində və böyrəyində problemlər var.

Böyrəyinin biri bir müddət əvvəl əməliyyatla götürülüb. Son 3 gündə isə vəziyyəti ağırlaşdığı üçün işə çıxmayıb və xəstəxanaya yerləşdirilib. Hazırda o, komadadır.

Həkimlər onun yaşaması üçün ümidin olmadığını bildirərək İmanovu ailəsinə təhvil veriblər. Hazırda dairə sədri Qaratəpə kəndində yerləşən evinə gətirilib.

Qeyd edək ki, 64 saylı dairədən deputatlığa lider namizəd YAP-ı təmsil edən Ramin Məmmədovdur.