“Seçki qutuları Azərbaycanda istehsal olunmur”.

Uniakl.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, seçki qutuları beynəlxalq standartlara uyğun şəkildə xaricdəki müəyyən şirkətlər tərəfindən istehsal olunur: “Beynəlxalq qurumların nümayəndələri də bilirlər ki, həmin seçki qutuları xaricdə istehsal olunur”.