Çində koronavirusdan ölənlərin sayı kəskin artıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, Çinin Dövlət Səhiyyə Komitəsi bu virusdan ölənlərin sayını açıqlayıb. Bildirilir ki, ölkə üzrə koronavirusdan ölənlərin sayı 2118 nəfər, yoluxanların sayı 74 576 nəfər, ağır vəziyətdə olanların sayı isə 11 864 nəfərə çatıb.

Ümumilikdə 16.1 min nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.