Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatında Protokol, Katiblik və Elektron sənəd dövriyyəsi şöbələri "Sənədlərlə iş" şöbəsində birləşdirilib.

Unikal.org AMEA-ya istinadla xəbər verir ki, 3 şöbənin birləşdirilməsi ilə kadr potensialı da artırılıb: "AMEA-nın inkişafı ilə bağlı 2020-2025-ci illər üçün proqram müəyyənləşib. Bununla bağlı bir sıra tədbirlər keçirilir. Hazırda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi işləri gedir. Sonrakı struktur dəyişiklikləri prioritetlərə uyğun olaraq həyata keçiriləcək".