“Bəziləri hansısa xoşagəlməz hallardan sui-istifadə etməyə çalışır. Bütün xoşagəlməz hallar MSK tərəfindən ciddi araşdırılır”.

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri vurğulayıb ki, insanların əlində hansı faktlar varsa komissiyaya təqdim etmlidir. “Əgrər sizdə nəsə material varsa qoyun sosial sosial şəbəkələrə. Ümumilikdə sosial şəbəkələrdə 385 videogörüntü yayaılıb. Kiminsə əlində nəsə varsa sosial yerləşdirin, Mərkəzi Seçki Komissiyası bütün görüntüləri araşdıacaq”